
Səudiyyə şahzadəsi Bin Salman Makronla regional məsələləri müzakirə edib
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Liderlər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayıb.
Məlumata görə, Makron və Salman ikili strateji tərəfdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə edib.
“Eyni zamanda son regional və beynəlxalq hadisələr, təhlükəsizlik və sabitlik istiqamətində səylər də müzakirə edilib” deyə, məlumatda qeyd edilib.
Busaat.az























