Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.10 $▲1.48%
  • WTI neft86.19 $▲1.39%
  • Avropa qazı (TTF)84.78 €▲0.87%
  • Təbii qaz (ABŞ)3.154 $▲2.17%
  • Qızıl3 873 $▼0.11%
  • Gümüş47.60 $▲0.23%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda612.50 ¢▲2.17%
  • Bitcoin63 812 $▼1.55%
  • Ethereum1 785 $▼1.86%
  • S&P 5007 362▼0.78%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İqtisadiyyat

Siqaretin qiyməti niyə bahalaşdı? (AÇIQLAMA)

image-1615453857siqaret
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Siqaretin qiymətini Tarif Şurası tənzimləmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli siqaretin qiymətinin bahalaşmasından danışarkən deyib. O bildirib ki, siqaretin qiymətinə dövlət tərəfindən hər hansı müdaxilə yoxdur:

“Son zamanlar, əsasən də son 6 ayda siqaretlə əlaqədar hansısa əlavə rüsumlar və yaxud da aksiz vergisinin artırılması kimi hallar yoxdur. Bu məsələ ötən ilin axırlarında olmuşdu və bunu hamı hiss etmişdi. İstəlinən şəxs ölkəyə siqaret gətirə bilmir. Siqareti Azərbaycana bir neçə qrup gətirir, buna oliqapoliya bazarı deyirlər. Bir məhsulu ölkəyə gətirən şirkət monopolistlərdisə, o, istəlinən qiyməti təyin edir, yaxud oliqapolistlərdirsə qiyməti razılaşdırıb müəyyən edir. Yəni, söhbət sünü qiymət artımından gedir”.

Ekspert bu məsələdə vacib məqamın olduğunu xatırladıb:

“Hansısa siqareti ölkəyə gətirən şəxs onun üzərində ekskluzivliyə malik olur. O istədiyi qiyməti də təyin edə bilir. Burada iki ehtimal var. Birincisi, ola bilsin ki, siqaretin alış qiyməti qalxıb, yaxud da bunu gəlirlərinin artırılması məqsədi ilə ediblər. Hər iki variant mümkindür”.

Ekspert daşınma xərclərində də artımın olmamasını söyləyib:

“Çox güman ki, siqaretin qiymətini artıranlar daha çox qazanmaq istəyirlər”.

Qeyd edək ki, bu gün Azərbaycanda siqaretin qiymətində 10-20 qəpik bahalaşma qeydə alınıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=117249