Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Şirazda terror aktını Azərbaycan vətəndaşı təşkil edib – İranın Kəşfiyyat Nazirliyindən İDDİA

image-1605722996898-iranflag
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 İranın Şiraz şəhərindəki Şah Çerağ ziyarətgahında törədilən terror aktının Azərbaycan vətəndaşı tərəfindən planlaşdırıldığı bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın Kəşfiyyat Nazirliyi yayıb.

“Ölkə daxilində terror qruplaşmasının əsas təşkilatçısı və əlaqələndiricisi Azərbaycan vətəndaşı olub. Tehrana çatan kimi dərhal Əfqanıstandakı İslam Dövləti qruplaşması ilə əlaqə saxlayıb və İranda olması barədə onlara məlumat verib. Məsciddə terror aktını təşkil edən qrupda Əfqanıstan və Tacikistan vətəndaşları da olub” – deyə, İranın Tasnim agentliyi Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Kəşfiyyat Nazirliyinin məlumatına görə, Şah Çerağ ziyarətgahına hücumun təşkilində şübhəli bilinən ümumilikdə 26 şəxs saxlanılıb. Onların hamısı Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır.

Qeyd edək ki, Oktyabrın 30-da İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İsraili Şirazda terror aktı təşkil etməkdə ittiham edib. Oktyabrın 28-də Tehranın cümə məscidinin müvəqqəti imamı məqbərəyə hücumun təşkilində ABŞ-ın günahkar olduğunu bildirib və İranın Vaşinqtondan qisas alacağına söz verib.

Oktyabrın 26-da İRNA agentliyi bildirib ki, 3 naməlum silahlı şəxs Şirazda Şah Çerağ ziyarətgahına hücum edib. Daha sonra hücum edənlərdən birinin yaralanaraq ələ keçirildiyi barədə xəbərlər yayılıb. O, xəstəxanaya aparılıb və bir müddət sonra orada dünyasını dəyişib. Son məlumatlara görə, hücum nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89900