Smartfonun ömrü barədə doğru bildiyimiz yanlışlar və miflər

image-menzil7backend

Smartfonun ömrünü qısaldan ən yayılmış səhvlərdən biri cihazın düzgün doldurulmamasıdır.

Busaat.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Rusnak bildirib.

O istifadəçilərə batareyanı qorumaq üçün smartfonu düzgün doldurmağın yollarını izah edib.

Mütəxəssis batareyanı tükənənə qədər istifadə etməkdən çəkinməyi məsləhət görür. Onun sözərinə görə, enerji 10-20%-ə düşsə batareyanı doldurmaq məsləhətdir.

Rusnak həmçinin telefonu enerji ilə 100% deyil, 80-90% doldurmağı tövsiyə edir.

Mütəxəssis batareyanın ömrünü qısaldan digər amil kimi orijinal olmayan şarj cihazlarından istifadəni göstərib. Onun sözlərinə görə, bu, hətta qısaqapanmaya səbəb ola bilər.

“Yalnız sertifikatlı və hərtərəfli sınaqdan keçmiş şarj cihazlarından istifadə etmək lazımdır”, – deyə mütəxəssis bildirib.

Rusnak “Bluetooth”, Wi-Fi, GPS-in söndürülməsinin smartfonun enerjisinin saxlanılmasındakı rolu ilə bağlı mifləri təkzib edib.

O, sürətli enerji dolduran qurğular barədə deyilənlərə də aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, bu cihazlar düşünülənin əksinə olaraq, akkumulyatora zərər vermir. Çünki müasir modellərdə akkumulyatorun doldurulma sürətinə nəzarət edən xüsusi kontrollerlər var.

“Telefonunuzun batareyası çox tükənməyə başlayırsa, arxa planda işləyən proqramın olub olmadığını yoxlamaq lazımdır. Siz həmçinin ekran parlaqlığını azalda və ya displey parametrlərində xüsusi rejim seçə bilərsiniz”, – deyə ekspert sözlərini yekunlaşdırıb.Oxu.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki