Solmaz İsrafilbəyli vəfat etdi – FOTO

image-vefat1674112602backend

Əməkdar elm xadimi, “Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib.

Busaat.az report-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyin qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub.Tibb elmləri doktoru. Professor, əməkdar elm xadimi, həkimləri təkmilləşdirmə institutu mama ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama ginekoloqu, Respublika mama ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki