SpaceX Falcon 9 raketi kosmosa buraxıldı

image-hero-imagebackend

 Amerikanın kosmik gəmi və raket istehsalçısı SpaceX şirkəti Eutelsat 10B rabitə peykini Falcon 9 raketi ilə kosmosa göndərib.

Busaat.az xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat paylaşılıb.

Buraxılış yerli vaxtla saat 21:57-də ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Stansiyasından baş tutub.

Eutelsat 10B rabitə peyki Amerika, Atlantik okeanı, Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiyadakı müştərilərini dəniz və hava nəqliyyatı zamanı məlumat və video əlaqə ilə təmin edəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90