
Stoltenberq Türkiyəyə gələcək: “Prezident Ərdoğanla görüşəcəm”
“Ukraynaya nə qədər uzun sürsə də dəstək verməyə hazırıq”.
Busaat.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.
Stoltenberq NATO-nun mənzil-qərargahında Rumıniyanın baş naziri Nikolae Ciuca ilə görüşdən sonra mətbuat konfransında danışıb.
“Biz bilirik ki, Ukraynanın danışıqlar masası arxasında nə əldə edə biləcəyi tamamilə döyüş meydanındakı gücdən asılıdır. Ona görə də biz hərbi dəstək verməklə onların danışıqlar masasında əlini gücləndirməliyik və NATO müttəfiqlərimiz məhz bunu edirlər” – deyə, Stoltenberq qeyd edib.
Stoltenberq İsveç və Finlandiyanın təşkilata üzvlüklə bağlı suala bu şəkildə cavab verib: “İsveç və Türkiyənin ortaq memorandumu həyata keçirmək üçün birlikdə işləməsini alqışlayıram. İsveçin Baş naziri Ulf Kristersson Ərdoğanla görüşəcək. Yaxın zamanda Türkiyəyə gedərək mən də prezident Ərdoğanla görüşəcəm”.
Qeyd edək ki, Stoltenberq İsveç və Finlandiyanın təşkilata üzvlüyünün 30 dövlətin parlamentlərində ratifikasiya olunacağına əmin olduğunu qeyd edib.
Busaat.az























