Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Sülhməramlının ailə üzvlərinin keçidinə şərait yaradıldı - VİDEO - FOTO

image-1092647
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu dəqiqələrdə rus sülhməramlılarından birinin ailə üzvləri avtomobillə Xankəndidən Laçın istiqamətinə hərəkət ediblər.

Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçılar sülhməramlıların keçməsi üçün hər cür şərait yaradıblar.

Bu, bir daha göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Etirazçılar bəyan edirlər ki, bütün mülki ermənilərin, o cümlədən dinc ermənilərin – qocaların, qadınların və uşaqların keçidi üçün bərabər şərait yarada bilərlər. Təəssüflər olsun ki, Ruben Vardanyan onları buraxmır, bura gəlməsinə mane olur və bilərəkdən saxta məlumatlar yayır ki, guya Azərbaycan tərəfi dinc əhaliyə qarşı humanitar böhran yaradır.

Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.


 

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94516