Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 205 $▼1.49%
  • Ethereum1 907 $▼1.05%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

"Suriya izi...": Türkiyə polisi İstanbuldakı terroru təşkil edən şəxsi saxlayıb

image-53111267_605
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 İstanbulun İstiqlal küçəsində təşkil edilən terror aktı izlərinin Suriyaya qədər uzandığını və terrorçu qrupların bu işdə əli olduğunu göstərən sübutlar var.

Busaat.az xəbər verir ki, bu barədə Twitterdə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun bəyanatını əks etdirən video yayımlanıb.

“Beyoğluda bombanı yerləşdirən şəxs İstanbul təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb. O, sorğu-sual olunur. İstintaqda terror aktının izlərinin Suriyaya getdiyini və Ankaranın terrorçu kimi tanıdığı qrupların bu işdə iştirak etdiyini göstərən sübutlar var. Hücumda əli ola biləcək 20-dən çox adam saxlanılıb. Təxminlərimizə görə hücumun həyata keçirilməsi əmri Kobanidən, hücumu törədən şəxs isə Afrindən gəlib. Bizim tapıntılar PKK və Suriya Kürdləri Özünümüdafiə Qüvvələrinə işarə edir. Reanimasiyaya yerləşdirilən beş qurbandan ikisinin vəziyyəti hələ də ağırdır” –deyə nazir bildirib.

Bundan əlavə İstanbul valisi Əli Yerlikaya Twitter hesabında qeyd edib: “Hazırda 50 zərərçəkən şəxs müalicədən sonra xəstəxanalardan evə buraxılıb, 31 nəfər isə hələ də həkim nəzarəti altındadır. Hücum nəticəsində ümumilikdə 81 nəfər yaralanıb”.

Qeyd edək ki, dünən İstanbulun Bəyoğlu istiqamətindəki İstiqlal küçəsində güclü partlayış baş verib. Rəsmi məlumatlara əsasən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90617