Suriya könüllüləri Ukraynada Rusiya tərəfində döyüşə bilər – Əsəd

image-asadbackend

Suriya prezidenti Bəşər Əsəd etiraf edib ki, bəzi suriyalılar Ukraynada Rusiya tərəfində döyüşə bilər.

Busaat.az-ın TASS-a istinadən xəbərinə görə, Əsəd qeyd edib ki, Suriyada müharibə başlayanda təkcə suriyalılardan deyil, çoxlu könüllülər var idi.

“Bir çoxları Suriya hökumətinə yardım etmək üçün gəlib. Əgər Suriya könüllüləri Ukraynaya qarşı döyüşməkdə sizə kömək etsələr, onlar hökumət vasitəsilə gəlməyəcəklər. Onlar öz istəkləri ilə gələcəklər və bunu heç bir siyasi sifariş olmadan edəcəklər”, – o, Rusiya televiziyasına müsahibəsində bildirib.

“Bilmirəm, bəlkə də bəzi könüllülər artıq oradadır. Bu məsələ ilə bağlı mənim heç bir məlumatım yoxdur”, – Əsəd vurğulayıb.

Suriya prezidentinin sözlərinə görə, Rusiya ordusu Suriya ordusunu dəstəklədiyi kimi suriyalılar da Rusiya ordusunu dəstəkləyir. O, əlavə edib ki, Ərəb Respublikasının xalqı Suriya üçün dost dövlət olan Rusiyanın qələbəsinin Suriya xalqına kömək edəcəyini yaxşı anlayır.

“Dostun güclüdürsə, deməli, sən də güclüsən. Başa düşürük ki, bu mübarizə beynəlxalq arenaya təsir edir. Bu, hazırda bizə pis təsir edir. Beynəlxalq nizam dəyişsə, bu, bizə müsbət təsir edəcək, çünki Rusiyanın qələbəsi beynəlxalq arenada vəziyyəti yaxşılaşdıracaq”, – Əsəd bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90