Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.87 $▲0.48%
  • WTI neft86.58 $▲1.06%
  • Avropa qazı (TTF)84.90 €▲3.12%
  • Təbii qaz (ABŞ)3.268 $▲1.71%
  • Qızıl4 028 $▼2.35%
  • Gümüş51.31 $▼3.63%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda590.75 ¢▲0.34%
  • Bitcoin72 763 $▼3.31%
  • Ethereum2 014 $▼5.54%
  • S&P 5007 482▼0.88%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Sürücülərə vacib xəbər: 40 manat cərimə oluna bilərsiniz - VİDEO

image-1653475390_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın bir sıra ərazilərində taksilər avtobus dayanacaqlarını zəbt edirlər. Xüsusilə günün pik saatlarında belə hallarla daha çox rastlaşırıq. Nəticədə həm marşrutların intervalında ləngimələr yaranır, həm də sərnişinlər rahat şəkildə ictimai nəqliyyatdan istifadə edə bilmirlər.

Boyukserg.az xəbər verir ki, Neftçilər metrosu yaxınlığında yerləşən dayanacaqlarda da oxşar vəziyyət hökm sürür.

Avtobus sürücüləri “Xəzər TV”yə deyiblər ki, taksi sürücüləri yol vermədiyindən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağa məcbur olurlar.

Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin isə məsələ ilə bağlı öz arqumentləri var. Onlar bildirirlər ki, taksilər üçün xüsusi yerləri ayrılmadığından, avtobus dayanacaqlarını zəbt etməli olurlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Baş İnspektoru Araz Əsgərli bildirib ki, Nəqliyyat vasitələrinin nəzərdə tutulmayan yerlərdə, o cümlədən avtobus dayanacaqların saxlanması inzibati xəta hesab edilir. O, belə hallara qarşı mütəmadi tədbrilərin görüldüyünü də bildirir.
Problemdən çıxış yolu isə yəqin ki, taksiparklarının yaradılmasıdır. Ancaq bunun nə zaman reallaşacağı hələlik bilinmir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78127