“Şuşaya qayıdış” internet resursları üçün videoçarxların hazırlanması yekunlaşıb

image-susabackend

“Şuşaya qayıdış” internet resursları üçün videoçarxların hazırlanması adlı layihənin icrası tamamlanıb

Busaat.az xəbər verir ki, layihəni “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirib.

Təşkilatın sədri Anar Xəlilovun sözlərinə görə, Layihənin əsas ideyası Şuşaya qayıdış prosesinə ictimai dəstəyin verilməsidir. Belə ki, layihə çərçivəsində Şuşanın tarixi şəxsiyyətləri haqqında iki ədəd videoçarx hazırlanıb. Videoçarxlar şairə Xan qızı Natəvan və Həmidə xanım Cavanşir haqqında çəkilmişdir. Filmdə Natəvan nəslinin nümayəndəsi, şuşalı ziyalılar bu şəxsiyyətlər haqqında öz fikirlərini söyləmiş və gələcəkdə Şuşaya qayıdaraq tarixi şəxsiyyətlərin araşdırılması və onların təbliği ilə bağlı fəaliyyətlərini quracaqlarını bildirmişlər.

Hazırlanmış video çarxlar internet resurslarında geniş yayılaraq təbliğ olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90