Tələbələrə kibertəhlükəsizlik üzrə seminar keçirilib – FOTOLAR

image-aiktsa1backend

Busaat.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) “İnformasiya təhülkəsizliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinə kibertəhlükəsizlik üzrə seminar keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) birgə təşkilatçılığı ilə keçirilən seminar “İnformasiya məkanında, KİV-lərdə və sosial şəbəkələrdə mümkün təhdidlərə qarşı mübarizə” mövzusuna həsr olunub.

Seminarda çıxış edən AİKTSA sədri Elvin Abbasov müasir dövrdə artan kibertəhlükələrdən və onlardan qorunmağın vacib nüanslarından danışıb.

ADNSU rektorunun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri, dosent Sakit Səmədov kibertəhlükəsizliyin strateji əhəmiyyətindən danışıb, bu istiqamətdə gənclərin daim öz üzərlərində işləməli olduğunu bildirib.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Məmməd Rəhimzadə “kibertəhlükəsizlikdə karyera sahələri və kibergigiyena” mövzuzunda təqdimatla çıxış edib. İnformasiya təhülkəsizliyinin məqsədi, ən geniş yayılmış kiberhücumlar və onlardan qorunmaq yollarından bəhs edib.

İnteraktiv formatda keçirilən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90