Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
16°Bakı
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
  • USD1.7000
  • EUR1.8548▼0.0121
  • 100 RUB2.0745▼0.0064
  • GBP2.2166▼0.0118
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552▲0.0005
  • GEL0.6555▼0.0011
  • 100 KZT0.3731▼0.0001
  • UAH0.0376▼0.0002
  • 100 JPY1.0694▲0.0001
  • CHF2.0206▼0.0038
Gündəm

“Taliban”ın tərkibində döyüşən azərbaycanlılar həbs edildi - Video

“Taliban”ın tərkibində döyüşən azərbaycanlılar həbs edildi - Video
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb. Busaat.az DTX-nin saytına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.
Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. https://youtu.be/j9kRRO3w5vA
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=20199