Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının yaraqlıları Kabildə aksiya keçirən qadınlara atəş açıb.
Əfqanıstanın “Asvaka” agentliyinə istinadən xəbər verir ki, insident İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasının yerləşdiyi ərazidə baş verib. Ölən və yaralılar barədə məlumat verilmir.
“TOLOnews”un xəbərinə görə, qadınlar hüquqlarının qorunması və həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb etmək üçün etiraz aksiyası keçirib.