Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 845 $▼3.49%
  • Ethereum1 838 $▼4.64%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Talıbovlar "qeybə çəkiliblər” — Sanki Naxçıvanda belə bir tayfa yaşamır...

image-talibovlar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir neçə gündür ki, “səhhətinə görə” istefa verən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovu və onun yaxın qohumlarını Naxçıvanda “gördüm” deyən yoxdur.

Busaat.az “AzPolitika.info”ya istinadla bildirir ki, nə Vasif Talıbovun özü, nə oğlu Seymur, nə də rəsmən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini daşıyan qardaşı Məhərrəm Talıbov üz-araya çıxmır.

Məlumatda qeyd olunur ki, Talıbovun müxtəlif dövlət idarələrində vəzifə tutan qardaşı oğulları və digər yaxın qohumları da Naxçıvanda gözə dəymirlər.

Bir sözlə, talıbovlar “qeybə çəkiliblər” və sanki uzun illər Naxçıvanda “at oynadan”, “qılıncının dalı da, qabağı da kəsən”, Azərbaycan dövlət büdcəsindən Muxtar Respublikaya ayrılan vəsaitlərdən tutmuş gömrükdən gələn “qara pullara” qədər mənimsəyib, yüz milyonlara, hətta milyardlara sahib olan, Azərbaycan qanunlarını ayaq altına alıb, öz “əndrəbadi” qanunlarını tətbiq edən bunlar deyildi. İndi onları nə görən var, nə eşidən. Sanki Naxçıvanda belə bir tayfa yaşamır…

Talıbovların bu cür “qeybə çəkilmələrinin”, necə deyərlər, sıçan deşiyini satın almalarının onların hazırkı əzgin mənəvi-psixoloji durumu, yoxsa naxçıvanlıların qəzəbindən və tənəsindən çəkinmələri ilə bağlı olduğunu deyə bilmərik. Onu da deyə bilmərik ki, bu vəziyyət nə vaxta qədər belə davam edəcək. Onların ümumiyyətlə, Naxçıvanda yaşayıb-yaşamayacaqları da hələ bəlli deyil. Ancaq onu deyə bilərik ki, talıbovlar hazırkı durumlarında nəinki Naxçıvanı, ümumiyətlə, Azərbaycanı tərk etməyi arzulayırlar, əlbəttə ki, əgər onları buraxan olsa…

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95374