Tayvanda fabrikdə partlayış: 5 nəfər ölüb, 100-dən çox yaralı var

image-tayvanda-fabrikde-partlayisbackend

Tayvanın cənubundakı Pinqtunq əyalətində qolf topları istehsal edən fabrikdə yanğın baş verib.

Busaat.az-ın məlumata görə, bu barədə ölkənin CNA agentliyi xəbər yayıb.

Bildirilib ki, hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alarkən, təbii qaz partlayışı baş verib. Nəticədə 5 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Digər 5 nəfərdən isə xəbər yoxdur.

Tayvan lideri Tsai İnq-ven yanğında həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Həmçinin, Pinqtunq şəhərinə gedərək qurbanları ziyarət edəcəyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki