Tayvanda Yaşıl DNT Karbon Absorbsiya Qülləsinin inşası başa çatmaq üzrədir.
Busaat.az xəbər verir ki, binanın quruluşu DNT-nin spiral quruluşunu təkrarlayır. Yaşayış göydələninin görünüşü və onun mühəndis-kommunikasiya xüsusiyyətləri fantastikdir. Eko-göydələnin sahəsi 42,7 min kvadratmetr olmaqla 21 yerüstü və 4 zirzəmidən ibarətdir.
Göydələn binanın seysmik müqavimətini maksimum dərəcədə artıran texnologiyalardan istifadə edilməklə inşa olunub. Onun sakinlərini elektrik enerjisi ilə təmin etmək üçün günəşin və küləyin enerjisini çevirən sistemlər, elektrik enerjisi istehsalı, qorunması, istehlakı və qənaəti proseslərini izləmək və idarə etmək üçün ağıllı texnologiyalar tətbiq olunub.
Hündürmərtəbəli binanın mərkəzi hissəsində ictimai yerlər, liftlər, ümumi istirahət zonaları, hovuzlar, şəlalələr və qış bağları da var.Publika.az