Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
9°Bakı
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
Gündəm

Tehran Orucoğlu: “İran-Azərbaycan arasında gərginlik keçmişdə qaldı”

Tehran Orucoğlu: “İran-Azərbaycan arasında gərginlik keçmişdə qaldı”
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib. Bu görüşün böyük əhəmiyyət kəsb etməsi heç kimə sir deyil. Siyasi şərhçi Tehran Orucoğlu ….. açıqlamasında bildirib ki, uzun müddət soyuq münasibətlər fonunda dövlət başçılarının görüşü bir çox məqamlara aydınlıq gətirdi. image-tehran2 “Görüş zamanı regionun gələcəyi ilə bağlı mühüm qərarların qəbul edilməsi baxımından səmərəli keçdi. Hər bir ölkədə yeni seçilən prezident daxili və xarici siyasət müəyyənləşdirir. Bu bir çox ölkələr üçün keçərlidir. Lakin biz İranda seçkilərdən sonra Azərbaycanla münasibətlərin hansı məcrada olacağını sadəcə təxmin edə bilərdik. Təbii ki, islam respublikası rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, daim yanında olduğunu deyirdi. Əməllər isə tam əks idi. Əyalət mollasının SEPAHI Azərbaycana hücum etməsi ilə bağlı verdiyi açıqlamalar, Azərbaycan üzərindən İsrailə savaş kimi fikirlər medianı zəbt etmişdi. Bu görüş bu məsələlərin həllində önəmli rol oynadı. Prezidentlərin görüşü onu deməyə əsas verir ki, biz, hazırda İran Prezidentinin Azərbaycana qarşı mövqeyini tam bilirik. Azərbaycan tarix boyu İranın yanında olub. Bu, Azərbaycan üçün də keçərlidir. Tarixi münasibətlər var. Azərbaycan öz dostlarını, müttəfiqlərini özü seçir. İsraillə olan dostluq münasibətlərimiz İran səbəbindən korlana bilməz. Həmçinin tam əksi. Azərbaycanın daxili və xarici siyasəti sülhə və istiqrara yönəlib. Deyə bilərəm ki, İranla iqtisadi, siyasi və humanitar münasibətlər bundan sonra inkişaf edəcək. Bu görüş “3+3” platformasının reallaşması üçün İran mövqeyini anlamağımızda bizə yardım etdi. Düşünürəm ki, İran bu platformaya qoşulacaq. Yaxın tarixlərdə bu münasibətlərin inkişafını daha dərindən hiss edəcəyik”.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=29064