“TEKNOFEST Azərbaycan” çərçivəsində beynəlxalq startap sammiti keçiriləcək

image-mycollages_-_2022-03-01t171441-678backend

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində 26 – 28 mayda “Take Off Baku” beynəlxalq startap sammiti təşkil olunacaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Busaat.az-a verilən məlumata görə, “Take Off Baku” Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdıracaq. Həmçinin sözügedən sammit Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmış olacaq.

Eyni zamanda bildirilir ki, onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlaşdırılaraq tədbirdə iştirak etmək hüququ qazanmış olacaqlar. Sammitin şərtlərinə əsasən, ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.

İlkin təsnifatlaşdırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

Qeyd edək ki, sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

Sammitin ən həyəcanlı mərhələsi yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi olacaq. Mükafat Fondu I yer 15.000 ABŞ dolları, II yer 10.000 ABŞ dolları və III yer üçün isə 5000 ABŞ dolları təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 31 mart 2022-ci ildir.

Əlavə məlumat əldə etmək üçün: + 994 12 310 14 00  /  +994 050 251 40 28, [email protected]takeoffbaku.comteknofest.az.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90