Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 859 $▼0.39%
  • Ethereum1 779 $▲0.57%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Tələbələrimizin cənazələrinin Azərbaycana gətirilmə vaxtı dəqiqləşdi

image-xin66
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.

Bu barədə Busaat.az-ın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirilib.

A.Hacızadə qeyd edib ki, cənazələrin bu gecə (fevralın 16-da) saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub: “Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün meyitlər əvvəlcə Malatyadan İstanbula aparılacaq. İstanbuldan Ankaraya, daha sonra Azərbaycana gətiriləcək”.

XİN rəsmisi bir daha azərbaycanlı tələbələrin ailələrinə səbir diləyib.

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan dünənədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100706