Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.59 $▼4.20%
  • WTI neft81.84 $▼3.42%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.389 $▲7.18%
  • Qızıl3 750 $▼0.97%
  • Gümüş45.58 $▼0.51%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin63 048 $▲1.30%
  • Ethereum1 780 $▲1.02%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ter-Petrosyan: "Paşinyan Ermənistanı bəlaya düçar elədi”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət Qarabağ (separatçıları nəzərdə tutur) və Ermənistanı hansı bəlaya düçar etdiklərini, bütün erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər”.

 

Busaat.az  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədri, keçmiş prezident Levon Ter-Petrosyan başçılıq etdiyi siyasi təşkilatın toplantısında bildirib.

 

Onun sözlərinə görə, hökumət bununla daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanı ağırlaşdıran bir yol tutduğunu açıq şəkildə göstərir: “Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”.

 

Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Dağlıq Qarabağla bağlı növbədənkənar iclas keçirməyə çalışmışdı. Ancaq “Mənim addımım” iştirak etmədiyindən yetərsay olmayıb və toplantı baş tutmamışdı. Bunun ardınca hakim fraksiya Ermənistanda daxili siyasi, hərbi vəziyyəti pozmağa yönəlmiş heç bir iclasda (parlament iclasını nəzərdə tutur-red.) iştirak etmək fikrində olmadığını bildirmişdi.

 

Noyabrın 11-də isə müxalifət Dağlıq Qarabağla bağlı son razılaşmaların ləğvi məqsədi ilə etiraz aksiyası keçirib.

 

Xatırladaq ki, noyabrın 10-da gecə saatlarında Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar.Report

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=24317