Terrorçu daşnaklar əlacsız şəkildə Ter-Petrosyanın başına yığışdı…

Terrorçu daşnaklar əlacsız şəkildə Ter-Petrosyanın başına yığışdı…backend

17 oktyabrda Ermənistan Respublikasının siyasi qüvvələri ilə aparılan məsləhətləşmələr çərçivəsində  terrorçu “Daşnaksütyun”  partiyası bürosunun nümayəndəsi Akop Ter-Xaçaturyan, Ermənistan respublikasının ilk prezidenti Levon Ter-Petrosyan ilə görüşüb.

 Busaat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası “Daşnaksütyun” ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayıb.
“Görüş zamanı tərəflər Ermənistan-Qarabağa qarşı edilən Türkiyə-Azərbaycan təcavüzü nəticəsində yaranan vəziyyəti müzakirə ediblər”. Terrorçu partiyanın məlumatında belə deyilir.
P.S. İşğalçı ölkənin terrorçu hərbi-siyasi rəhbərliyi ilə yanaşı, eləcə də digər müxalif siyasi dairələri də Azərbaycan Ordusunun müzəffər yürüşü qarşısında başlarını itirərək çıxış yolu axtarır, saman çöpündən imdad umurlar…
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90