Tesla elektrikli yük maşınlarının istehsalına hazırlaşır

image-kapak_124004backend

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla daha uzun məsafəli yük maşını dizayn edib.

Busaat.az xəbər verir ki, bununla da Tesla elektrikli ağır avtomobil bazarına sürətli bir başlanğıc etməyi planlaşdırır.

Elon Maskın rəhbərlik etdiyi elektrikli avtomobil istehsalçısı Tesla, Nevadadakı istehsal müəssisəsində “Semi” adlı ilk elektrikli yük maşınının təhvil verilməsinə hazırlaşır.

Maskın 2017-ci ildə prototipini təqdim etdiyindən bəri maraqla gözlənilən Seminin 2024-cü ilə qədər 50.000 ədəd istehsal edəcəyi gözlənilir.

Teslanın Baş direktoru Mask Twitter-dəki yazısında Seminin 81.000 funt (təxminən 37 ton) ağırlığında olduğunu və 500 mil (800 kilometr) qət etdiyini bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90