Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.00 $▼2.67%
  • WTI neft83.98 $▼0.90%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.258 $▲3.04%
  • Qızıl3 779 $▼0.21%
  • Gümüş45.46 $▼0.77%
  • Pambıq80.95 ¢▼0.52%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin63 967 $▼1.40%
  • Ethereum1 794 $▼1.57%
  • S&P 5007 363▲0.30%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Gündəm

Tibb işçilərinin maaşlarına gələn il də əlavələr olacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi səhiyyə sahəsinə yönəldilmiş dövlət büdcəsi vəsaitlərinin həcminin artması, bu sahədə göstəricilərin əsaslı surətdə yaxşılaşdırılmasına və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. Mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində, eləcə də özəl və təsərrüfathesablı tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşlarına müəyyən edilmiş (3–5 misli miqdarında) müddətli əlavələrin ödənilməsi üçün 2021-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.

Busaat.az xəbər verir ki, növbəti ildə yoluxması ehtimal olunan şəxslərin karantin nəzarətinə götürülməsi, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfathesablı tibb müəssisələrinin cəlb edilməsi işləri 2021-ci ildə də davam etdiriləcək. Bütün bunları nəzərə alaraq infeksiya ilə mübarizə üçün zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=28299