Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.05 $▼1.11%
  • WTI neft82.59 $▼0.48%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.652 $▲13.03%
  • Qızıl3 527 $▼0.18%
  • Gümüş40.88 $▼1.17%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda593.00 ¢▲0.13%
  • Bitcoin58 902 $▼4.86%
  • Ethereum1 632 $▼7.01%
  • S&P 5007 021▼2.18%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

“TikTok”un Azərbaycanda gündəlik auditoriyası 3 milyondur - Rəsmiləri Bakıda

image-tiktok
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“TikTok” rəsmiləri yenidən Bakıya gəlib.

Busaat.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir: ““TikTok”un Şərqi Avropa üzrə rəsmiləri Azərbaycanın dövlət və özəl sektoru ilə, ekspertlərlə görüşlər keçirib. “TikTok” rəsmi komandası ötən bir neçə gündə ölkəmizdə keçirdikləri görüşlərdə təhsil, mədəniyyət, idman və turizm, uşaqların təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif layihələrin, Azərbaycandilli kontentin inkişafı ilə bağlı birgə işlərin icrası məsələlərini müzakirə ediblər.

“TikTok” rəsmisi ilə görüşdə Azərbaycanın rəqəmsal bazarı, ölkədə qlobal şirkətlərlə bağlı hazırlanan yeni tənzimləyici sənədlər haqqında məlumat verdim. Belə anladım ki, “TikTok” rəsmiləri gələcəkdə Azərbaycanda rəsmi ofisin açıla biləcəyini istisna etmir. Onlar Azərbaycanda “TikTok”un gündəlik auditoriyasının 3 milyon olduğunu qeyd edirlər”.

O. Gündüz xatırladıb ki, hazırda regionda yalnız Rusiya və Qazaxıstanda “TikTok”un rəsmi ofisləri fəaliyyət göstərir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94427