Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.67 $▲1.01%
  • WTI neft85.07 $▲0.07%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.176 $▲2.88%
  • Qızıl3 809 $▼1.77%
  • Gümüş46.25 $▼2.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.25 ¢▲1.29%
  • Bitcoin64 339 $▼0.82%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Toğrul Əsgərov Dünya Kubokundan imtina edib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları – Şəriş Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub.

 

Busaat.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Onun yerinə gənc Şamil Zubairov Belqrada aparılıb.

 

Toğrul Əsgərov isə çəki problemi ilə üzləşib və bu səbəbdən Dünya Kubokuna qatılmayıb. 74 kq-a tam uyğunlaşmadığı üçün məşqçilər korpusu Əsgərovun iştirakını məsləhət görməyib.

 

79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıb.

 

Qeyd edək ki, Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda 9 sərbəst güləşçi təmsil edir.

 

Xatırladaq ki, daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=27657