Toyunda işçisinə pulları zibil torbasında gətirdi – Video

image-toyybackend

Tez-tez lüks həyat tərzi və həyat yoldaşının bahalı hədiyyələri ilə gündəmə gələn sosial media fenomeni Dilan Polat bu dəfə də müzakirə edilib. 

“Qafqazinfo” xəbər verir ki, Dilan Polat iş ortağı olan əri Engin Polatla birlikdə dostlarının, eyni zamanda işçisinin toyuna zibil torbası ilə dolu pulla qatılıb. Ər-arvadın həmin pullardan ibarət nəməri bəylə gəlinin boynuna taxdığı görüntülər sosial şəbəkədə viral olub. Bir çox istifadəçi ikilinin bu davranışını tənqid edərək onları təkəbbürlü olmaqda ittiham ediblər.

Qeyd edək ki, fenomen bir neçə gün öncə həyat yoldaşının ad günü üçün hazırlatdığı 60 min TL-lik (4320 AZN) tortla da gündəmə gəlmişdi.

Xatırladaq ki, cütlük Türkiyədə və bir çox ölkədə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. İki uşaqları var.

 







  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki