Trampa qarşı sui-qəsddə şübhəli bilinən şəxs erməni imiş

image-millerpng-1729147639backend

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı üçüncü sui-qəsd cəhdində şübhəli bilinən Vem Miller milliyətcə erməni olduğunu açıqlayıb.

Busaat.az xəbər verir ki, o bu barədə “Fox News Digital”a müsahibəsində danışıb.

Miller saxlanılarkən avtomobilindən tapılan saxta şəxsiyyət vəsiqələri və pasportlar barədə suala cavab verərkən onların saxta olmadığını iddia edib.

Onun sözlərinə görə, o, ermənidir və üzərində əsl erməni ad və soyadını əks etdirən sənədlərə sahibdir.

49 yaşlı V.Miller, həmçinin ona qarşı ittihamların gerçək olmadığını vurğulayıb.

Qeyd edək ki, Vem Miller oktyabrın 12-də Kaliforniyada Donald Trampın seçkiqabağı mitinqinin keçirildiyi yerin yaxınlığında, nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Yoxlanış zamanı qara yolsuzluq avtomobili idarə edən Millerin maşınında silah aşkar edilib. O, qanunsuz silah gəzdirdiyinə görə saxlanılsa da, sonradan girov müqabilində sərbəst buraxılıb. Yerli şerif Çad Byanko insidentin Trampa qarşı növbəti sui-qəsd cəhdi ola biləcəyini ehtimal edib. Buna baxmayaraq, ona qarşı hələ federal ittihamlar irəli sürülməyib.

Onu da xatırladaq ki,  78 yaşlı D.Tramp iyulun 14-də Pensilvaniyada mitinq zamanı hücuma məruz qalmış və qulağından yaralanmışdı. Sentyabrın 15-də isə keçmiş ABŞ liderinə qarşı daha bir sui-qəsd cəhdi olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki