Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.80 $▼0.86%
  • WTI neft91.14 $▼0.34%
  • Avropa qazı (TTF)87.41 €▼2.49%
  • Təbii qaz (ABŞ)3.004 $▲1.62%
  • Qızıl4 058 $▲0.11%
  • Gümüş51.88 $▲0.65%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda588.00 ¢▼1.22%
  • Bitcoin75 788 $▼0.23%
  • Ethereum2 234 $▼0.03%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Analitika

Trampın başlıca məqsədi budur -Politoloq

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Trampın başlıca məqsədi Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaqdır. Ağ Evin hazırki sahibi üçün münaqişənin həlli vacib deyil, bu mürəkkəb məsələdir. Münaqişənin həlli indiki halda mümkün deyil. Tramp atəşkəsə nail olarsa, bu nəticəni özünün uğuru kimi qələmə verəcək. Halbuki, atəşkəs problemin həlli deyil. Rusiya işğalı tam başa çatdırmayıb, Ukrayna isə ərazilərini azad etməyib. Atəşkəs olarsa, Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Bunun mümkün olmadığını Ukraynada anlayırlar. Buna baxmayaraq, Ukrayna ordusunun Kursk istiqamətində nəzarət etdiyi ərazi Kiyevin danışıqlarda əlini gücləndirəcək alətdir. Ukrayna heç zaman işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu hüquqi cəhətdən tanımayacaq, ancaq siyasi reallıqla hesablaşmalı olacaq. Reallıq isə ondan ibarətdir ki, Krım və Donbassın bir hissəsi Ukraynanın nəzarətində deyil. Rusiyanın dağıtdığı şəhər, qəsəbə və kəndlərin bərpasına yüz milyardlarla dollar lazımdır.
Beynəlxalq aləm Rusiya-Ukrayna müharibəsindən yorulub. Müharibənin dayandırılmasına siyasi sifariş var. Müharibə Rusiya və Ukraynanın özündə də yorğunluq əmələ gətirib. Tərəflər mövqe döyüşlərində hər gün xeyli itki verirlər. Müharibə dayandırılsa da, Avropanın tələsik Rusiya ilə əlaqələri bərpa edəcəyini düşünmürəm. Əlbəttə, Avropa ölkələri içərisində, misal üçün Macarıstan və Slovakiya Brüsseldən Rusiya ilə əlaqələrin tam bərpasını tələb edəcəklər. Ancaq Fransa, Almaniya, Polşa və Baltik ölkələri Rusiya ilə əlaqələrin bərpasına ehtiyatla yanaşacaqlar. Avropa ölkələrinin böyük hissəsi Rusiyanın enerji asılılığından qurtulub. Həmin ölkələrin yenidən Rusiyadan böyük həcmdə neft və qaz alacağını proqnozlaşdırmıram.
Rusiyanın müharibədən qalib çıxması bir çox ölkə kimi Azərbaycanın da təhlükəsizlik maraqlarına cavab vermir. Rusiya Gürcüstan və Ukraynadan sonra diqqətini ətrafındakı digər dövlətlərə yönəldəcək. Bu səbəbdən Azərbaycan Türkiyə ilə siyasi və hərbi ittifaqı gücləndirməlidir.

Elxan Şahinoğlu

Politoloq

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159183