Trampın Pentaqona və ÜST-ə müharibə elan etməsinin SİRRİ

Trampın Pentaqona və ÜST-ə müharibə elan etməsinin SİRRİbackend

ABŞ Prezidenti Donald Trampın Pentaqon haqqında dediyi fikirlər Vaşinqtonda və Birləşmiş Ştatların xarici siyasətdə atdığı addımlarda qarşıdurmaları gündəmə gətirdi.

Busaat.az xəbər verir ki, Tramp Pentaqonla bağlı “məni sevmirlər, çünki onlar təyyarə və bomba istehsal edən şirkətlər qazansın deyə müharibədən başqa heç nə etmirlər” deyib.

Bu, ABŞ-ın Yaxın Şərqdəki addımlarındakı ziddiyyətləri yada salır.

Tramp “Suriyadan çəkilirik” deyəndə Pentaqon bunu təkzib edirdi. PKK/PYD məsələsində Türkiyəni müdafiə edəndə, Pentaqon əksini edirdi.

Türkiyəli yazar Taha Dağlı bu haqda danışarkən, ABŞ daxilində birdən çox gücün olduğunu və bu güclərin qarşıdurma yaşadığnı qeyd edib: “Trampın Pentaqonla bağlı dedikləri bunu sübut edir. Noyabrın 3-də seçkini Co Bayden qazanarsa, ABŞ-ın müdaxilə, müharibə, işğal siyasəti güclənəcək. ABŞ Liviya da daxil olmaqla Yaxın Şərqdə daha aktiv olacaq. Tramp qazanarsa, Pentaqonun rəhbərliyini sıradan çıxaracaq, Yaxın Şərqdən daha çox Asiyaya yönələcək, Çinlə gərginlik artacaq”.

T.Dağlı hesab edir ki, hər iki halda dünyada “sular durulmayacaq”.

“Tramp müharibə baronları və Pentaqonla yanaşı, dərman şirkətləri və Ümumdünya Səhiyyə Təşkilatı ilə də mübarizə aparır. Tramp qlobalçılarla mübarizə aparır. Lakin qlobalçılardan tamamilə uzaq da deyil, İsrailin Trampın ən çox önəm verdiyi yer olması da burdan qaynaqlanır”, – o bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90