Trampın qərargahı Corciya məhkəməsinə iddia qaldırdı

Trampın qərargahı Corciya məhkəməsinə iddia qaldırdıbackend

 ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qərargahı Corciya ştatında səslərin sayılmasının dayandırılması tələbi ilə məhkəmədə iddia qaldırıb.

Busaat.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bundan əvvəl Donald Trampın qərargahı Miçiqan və Pensilvaniya ştatındakı səslərin sayılmasının izlənilməsinə imkan verilmədiyini iddia gətirərək səs sayımının dayandırılması üçün məhkəməyə müraciət etmişdi.

Qərargah, həmçinin həlledici ştatlardan olan Viskonsindəki səslərin yenidən sayılmasını da tələb edir.

Qeyd edək ki, Nyu-Yorkda vətəndaşlar 3 noyabrda keçirilmiş ümumi seçkilərdən sonra kütləvi şəkildə hər səsin sayılmasını tələb edərək küçələrə axışıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki