Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft89.38 $▼0.74%
  • WTI neft82.94 $▼0.06%
  • Avropa qazı (TTF)88.70 €▲5.03%
  • Təbii qaz (ABŞ)3.649 $▲12.94%
  • Qızıl3 524 $▼0.25%
  • Gümüş41.02 $▼0.82%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda591.25 ¢▼0.17%
  • Bitcoin58 885 $▼4.89%
  • Ethereum1 631 $▼7.07%
  • S&P 5007 016▼2.25%
14°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
Texnologiya

TRT-nin nümayəndə heyəti Azərbaycanda teleradio yayımı ilə bağlı araşdırma aparıb - Fotolar

image-mycollages_-_2023-01-23t172551-899
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti proqram üzrə fəaliyyətini başa vurub.

Busaat.az xəbər verir ki, heyət səfər çərçivəsində paytaxt və bölgələrdə yerləşən Radio-Televiziya Yayım Stansiyalarına texniki baxış keçirib və radiomonitorinq aparıb. Bu prosesdə həmçinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin, eləcə də Audiovizual Şuranın mütəxəssisləri iştirak ediblər.

Sonda aparılmış işlərin nəticələri müzakirə olunub.

Nümayəndə heyəti səfərlə bağlı yekun hesabat hazırlayıb Azərbaycan tərəfinə təqdim edəcək.

Hesabatda ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələr əksini tapacaq.

Qeyd edək ki, TRT nümayəndə heyətinin Azərbaycana səfəri yanvarın 16-dan 19-dək davam edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97988