
“TurAz Qartalı – 2022” təlimlərinin açılış mərasimi keçirildi - Video
Sentyabrın 5-də “TurAz Qartalı – 2022” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Busaat.az-a verilən məlumata görə, hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.























