“Türk malları gömrük rüsumundan azad edilsin” – Təklif

“Türk malları gömrük rüsumundan azad edilsin” – Təklifbackend

“Rus malları gömrük rüsumundan azad edildiyi halda türk mallarına rüsumlarının tətbiqi daxili bazarda haqsız rəqabət yaradır”.

Busaat.az xəbər verir ki, bunu türk lirəsinin ucuzlaşmasına münasibət bildirən iqtisadçı Qubad İbadoğlu qeyd edib.

İqtisadçı vurğulayıb ki, Türkiyənin Azərbaycanın idxalda əsas ikinci tərəfdaşı olduğunu nəzərə alsaq, lirənin ucuzlaşması səbəbindən türk mallarının Azərbaycana idxalı arta və sərfəli ola bilər:

“Hesab edirəm ki, Rusiya və Türkiyəyə münasibətdə eyni yanaşma olmalıdır. Rus malları gömrük rüsumundan azad edildiyi halda türk mallarına rüsumlarının tətbiqi daxili bazarda haqsız rəqabət yaradır və türk mallarının Azərbaycan bazarında mövqeyini zəiflədir. Belə qərarın verilməsi türk lirəsinin sabitləşməsinə az da olsa dəstək ola və eyni zamanda Azərbaycanda satılan türk mallarının qiymətinin ucuzlaşa bilər. Bununla yanaşı, biz istehlakçı kimi türk malı alıb, Türkiyənin investoruna çevrilərik, başqa xarici məhsul alıb onların sərmayəçisi olmarıq. Odur ki, bir daha Milli Məclisdən və Nazirlər Kabinetindəm təklifi nəzərdən keçirməyi və münasibət bildirməklərini xahiş edirəm. Nəzərə almaq lazımdır ki, Ermənistan, Səudiyyə Ərəbistanı, Mərakeş türk mallarının idxalına qadağa və ya məhdudiyyət qoyub”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90