“Türk xalqına müraciət edirəm: İsveç bütün öhdəliklərə tam əməl edəcək”- Baş nazir

image-635112351d367backend

Türkiyə İsveçin NATO-ya üzv olmasını dətəkləyir, lakin onun alyansa qoşulması ilə bağlı Madrid memorandumunun həyata keçirilməsi üçün konkret addımlar atmasını istəyir.

Busaat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz ürəkdən ümid edirik ki, İsveç NATO-ya üzvlüklə bağlı üç ölkənin (Türkiyə, Finlandiya və İsveç) imzaladığı memorandumu yerinə yetirəcək. Biz onlardan münasibətlərimizdə müttəfiqlik ruhuna uyğun gələn addımlar gözləyirik” – deyə, Ərdoğan qeyd edib. Türkiyə lideri əlavə edib ki, Ankara hər şeydən əvvəl İsveçdən Türkiyənin terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyası (PKK) və FETÖ təşkilatı kimi təşkilatlara qarşı mübarizə ilə bağlı narahatlıqları aradan qaldıracağını gözləyir.

Onun sözlərinə görə, İsveçin Türkiyəyə hərbi məhsulların çatdırılmasına qoyulan məhdudiyyətləri aradan qaldırması müsbət addım olub. O, həmçinin ayın sonunda Stokholmda üç ölkənin nümayəndələri arasında yeni görüşün baş tutacağını bildirib. Öz növbəsində İsveçin Baş naziri Ərdoğanı ölkəsinin Madrid memorandumunun müddəalarını yerinə yetirəcəyinə əmin edib: “Biz NATO-da digərlərindən daha çox terrordan əziyyət çəkən Türkiyənin narahatlığını bölüşürük. İsveç terrorla mübarizədə Türkiyəyə kömək etmək istəyir. NATO üzvlüyümüzün daşıdığı məsuliyyəti dərk edirik. Türk xalqına müraciət edirəm: İsveç bütün öhdəliklərə tam əməl edəcək”.

Daha əvvəl o, İsveç hakimiyyətinin Türkiyədə qanunsuz sayılan PKK ilə əlaqəsi olan təşkilatlarla əməkdaşlıq etməyəcəyini bildirib.

Qeyd edək ki, İsveç hökumətinin başçısı noyabrın 7-də Türkiyə parlamentində ölkəsinin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması ilə bağlı müraciətinin ratifikasiyası ilə bağlı danışıqlar aparmaq üçün rəsmi səfərlə Türkiyəyə gəlib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki