
Türkiyə-Ermənistan sərhədi açılır: "Azərbaycan razılıq verməsə..."
İyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç ilə Ruben Rubinyan arasında növbəti görüş baş tutub. Xüsusi nümayəndələrin görüşü zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib.
“Tərəflər müvafiq olaraq Türkiyə və Ermənistana səfər edən üçüncü ölkə vətəndaşlarının Türkiyə-Ermənistan quru sərhədindən mümkün qədər tez keçməsini təmin etmək barədə razılaşıblar və bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər”, – deyə Ermənistan tərəfi məlumat yayıb.
Tərəflər, həmçinin Türkiyə-Ermənistan hava yük daşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər. Bu istiqamətdə də lazımi addımlar atılacaq.

Bundan əlavə, görüşdə əsas məqsədə – münasibətlərin yekun tənzimlənməsinə nail olmaq üçün digər mümkün tədbirlər də müzakirə edilib. Nümayəndələr prosesin ilkin şərt olmadan davam etdirilməsi barədə razılığa gəliblər.























