“Türkiyə heç vaxt çarəsiz qalmayıb” – Çavuşoğlu

image-movludbackend

““F-35” proqramının tərəfdaşlarından biri olmağımıza rəğmən haqsız şəkildə proqramdan çıxarıldıq”.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsi zamanı deyib.

“Ya Türkiyənin “F-35” proqramına geri qaytarılması, ya ödədiyimiz vəsaitin qaytarılması və yaxud başqa məhsulla kompensasiya edilməlidir. ABŞ satmaq istəmirsə, digər variantlar işə düşər”, – deyə Türkiyənin XİN rəhbəri söyləyib.

Onun sözlərinə görə, Türkiyə heç vaxt çarəsiz qalmayıb: “Türkiyə hazırda ehtiyacının 75%-ni istehsal edir. Ehtiyac yarandıqda başqa ölkələrə yönələ bilər. Alternativlərimiz var. Biz yolumuza davam edirik”.

Xatırladaq ki, Ankara 100 ədəd Lockheed Martin “F-35” sifariş versə də, Türkiyənin “S-400” almasından sonra ABŞ Türkiyəni proqramdan çıxarmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan “F-35”lərin tədarükü üçün ödənilən 1,5 milyard dolları geri almaq niyyətində olduqlarını bəyan etmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90