Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə Müdafiə Nazirliyindən Rusiyanın taxıl dəhlizi qərarına REAKSİYA

image-60d6d021c938f
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 “Rusiya Birləşmiş Millətlər Təşkilatına (BMT) və ölkəmizin səlahiyyətli orqanlarına Sevastopoldakı hücumlar səbəbilə taxıl təşəbbüsünün müvəqqəti dayandırıldığını bildirib”.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Xatırladılıb ki, Birgə Koordinasiya Mərkəzi iyulun 22-də prezident Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin sədrliyi ilə imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü sənədi çərçivəsində yaradılıb.

Açıqlamada, mərkəzin fəaliyyəti nəticəsində 9,3 milyon ton taxılın Ukrayna limanlarından ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşındığı qeyd olunub.

“İstanbuldakı Birgə Koordinasiya Mərkəzində çalışan Rusiya personalı hələ də mərkəzdədir. Bu müddət ərzində Ukraynadan gəmi çıxışı olmayacaq. İstanbul sularında gözləyən taxıl yüklü gəmilərin yoxlanışının bu gün və sabah davam etdirilməsi planlaşdırılır. Taxıl təşəbbüsü bu günə qədər uğurla əlaqələndirilib. Milli Müdafiə Nazirimiz Hulusi Akar fəaliyyətləri davam etdirmək üçün həmsöhbətləri və müvafiq orqanlarla öz aralarında danışıqları və koordinasiyanı davam etdirir. Türkiyə Cümhuriyyəti indiyə qədər etdiyi kimi bölgədə sülhün və humanitar yardımın təmin edilməsində fəaliyyət göstərməyə davam edəcək” – deyə, açıqlamada bildirilib. Qeyd edək ki, Rusiya Ukraynadan taxıl ixracına dair sazişi dayandırıb. ABŞ isə Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasını təəssüflə qarşılayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89018