
Türkiyə ordusu altı terrorçunu məhv etdi
Türkiyə İraqın şimalında PKK terror təşkilatının daha 6 terrorçusunu zərərsizləşdirib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi öz tviter hesbında paylaşıb.
Məlumata əsasən, terrorçular “Pençe-Şimşek” əməliyyatlarının keçirildiyi bölgədə türkiyəli əsgərlər tərəfindən məhv edilib.























