
Türkiyə Prezidenti bu gün koronavirusa qarşı peyvənd olunacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün koronavirusa qarşı peyvənd olunacaq.
Busaat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilir ki, Ərdoğan AKP-nin Mərkəzi Qərar və İdarə Heyəti ilə görüşündən sonra qurum üzvləri ilə birgə vaksin vurduracaq.
Xatırladaq ki, dünən Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca da COVİD əleyhinə peyvənd olunub.























