Türkiyə Rusiya-Ukrayna danışıqlarını mümkün qədər tez təşkil etmək istəyir – Ərdoğan

image-erdoganbackend

Türkiyə Rusiya və Ukrayna arasında danışıqları mümkün qədər tez təşkil etmək istəyir.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macar həmkarı Katalin Novak ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz Ukrayna ilə Rusiya arasında danışıqlar masası arxasında sülhün bərqərar olmasını istəyirik”, – Türkiyə dövlət başçısı qeyd edib.

Eyni zamanda, Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bir neçə raund danışıqların keçirildiyi İstanbuldakı görüşləri bərpa etmək istəyir.

Kremlin mətbuat katibi Dmitri Peskov yanvarın 11-də jurnalistlərə bildirib ki, Rusiya hər zaman məsələləri danışıqlar masası arxasında həll etməyə hazır olub. Bununla belə, Ukrayna qanunları ölkə prezidentinə Kremllə dialoq aparmağı qadağan edir və Qərb ölkələri Kiyevə bu məsələdə mane olur. Peskov əlavə edib ki, bu səbəbdən Ukrayna ilə danışıqlar üçün heç bir perspektiv yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90