Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.89 $▼0.59%
  • WTI neft85.79 $▼0.98%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.291 $▲0.00%
  • Qızıl3 986 $▼1.69%
  • Gümüş51.45 $▼2.05%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda599.50 ¢▲0.93%
  • Bitcoin73 750 $▼0.24%
  • Ethereum2 056 $▲0.09%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün gündəliyi nədən ibarətdir?

image-thumb600x0-16
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya dövlət başçısı Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin üçtərəfli görüşünün təxmini gündəliyi açıqlanıb.

Busaat.az  xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, Türkiyə, Rusiya və İran təminatçı ölkələr olaraq Suriyadakı vəziyyət, o cümlədən bu ölkənin yeni Konstitusiyasının hazırlanması və siyasi problemin həlli prosesini müzakirə ediləcək. Zirvə toplantısında terrora qarşı mübarzə, terrorçu PKK/YPG-PYD qruplaşması və suriyalı qaçqınların geri qayıtması kimi mövzular müzakirə masasında olacaq.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında ikitərəfli görüşdə Suriyanın şimalında Türkiyənin keçiriləcəyi antiterror əməliyyatına dair məsələsində gündəliyə gələcəyi gözlənilir.

Sammitdə Rusiya-Ukrayna savaşı ilə yanaşı, enerji və ərzaq böhranı da müzakirə ediləcək.

Qeyd edək ki, bu, prezident olandan sonra İbrahim Rəisinin ilk üçtərəfli zirvə toplantısı olacaq.

Xatırladaq ki, üç ölkə arasında Astana formatında sonuncu görüş pandemiya səbəbindən 2020-ci il iyulun 1-də videokonfrans şəklində reallaşmışdı. Liderlərin son üzbəüz görüşü isə 2019-cu il sentyabrın 16-da Ankaradakı Çankaya köşkündə olub.

Türkiyə, Rusiya və İran prezidentləri iyulun 19-da Tehranda görüşəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=81318