Türkiyə səfirliyində “Dünya Səhər Yeməyi Günü” tədbiri – FOTOLAR

image-yenigundem_f9c985576664a6c6ae4149ed2cf2dee0_op9ug4lbfc2iqk0zt375-620x460backend

Türkiyənin Bakıdakı səfirliyində “Dünya Səhər Yeməyi Günü” ilə bağlı tədbir keçirilib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının ev sahibliyi ilə keçirilən tədbirə sənətçi Azərin və səfirlik əməkdaşları qatılıb.

Busaat.az xəbər verir ki, koronavirus pandemiyası səbəbi ilə məhdud şəkildə təşkil edilən tədbirdə ənənəvi məşhur “Van səhər yeməyi” hazırlanıb.

Səfir Cahit Bağcı qonaqlara Vanın səhər yeməyi mədəniyyəti ilə bağlı məlumat verib.

Van Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə 1 iyun 2014-cü il tarixində Van şəhərində təşkil edilən səhər yeməyi tədbirində 51793 nəfər iştirak edib və bu tədbir ən böyük iştirakçısı olan səhər yeməyi tədbiri kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub.

Türkiyənin tanıdılmasına böyük töhfə verən Van səhər yeməyi mədəniyyəti xarici təmsilçiliklərdə digər xarici nümayəndəliklərin iştirakı ilə qeyd olunur.

image-yenigundem_c082855930cb767843ff3c43ec85d293_5k8j9e3wyx1lngcut6o0 image-yenigundem_b7c83a0679085e4d7be63f154c958452_wciq1zk3jrp6yfx9vt4b image-yenigundem_f9c985576664a6c6ae4149ed2cf2dee0_op9ug4lbfc2iqk0zt375 image-yenigundem_f609a10215375b7a818cd1017d308fdc_bfqn8t6vlj3h20us1wa9

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90