Türkiyə, Suriya, İran və Rusiya XİN nümayəndələri Moskvada görüşəcək – TARİX

image-12ffd64d-5f03-3a9e-818f-3ca3196b4eab_850backend

Türkiyə, Suriya, İran və Rusiya xarici işlər nazirlərinin müavinləri apreldə Moskvada görüşəcək. İclasın əsas gündəliyi; Vətəndaş müharibəsi zamanı Türkiyə və Suriya hökumətləri arasında münaqişələrə son qoyulması və Ankara ilə Dəməşq arasında diplomatik əlaqələrin inkişafı olacaq.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Suriyada 12 ildir davam edən müharibədə əks qütblərdə dayanan Türkiyə və Suriya rəsmiləri normallaşma addımları çərçivəsində Rusiyanın vasitəçiliyi ilə bir sıra görüşlər keçirib.

Suriya prezidenti Bəşər Əsəd martın 16-da “işğalçı qüvvələr” adlandırdığı Türkiyə ordusunun Suriyanın şimalından çəkilməməsi halında, prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək fikrində olmadığını açıqlayıb.

Digər tərəfdən, Suriya hökumətinə yaxın mənbələr Türkiyədəki seçkiqabağı Ərdoğanın populyarlığını artırmamaq üçün Əsədin görüşə qatılmayacağını irəli sürmüşdü.

Türkiyənin yüksək rütbəli rəsmisi Reuters agentliyinə deyib ki, Suriyadakı vəziyyət aprelin 3-4-də Moskvada keçiriləcək görüşdə müzakirə olunacaq.

“Nazirlər səviyyəsində baş tutmayacaq və mühüm qərarların gözlənilmədiyi bu görüşün normallaşma prosesinin davamı olacağı gözlənilir”, – deyə rəsmi bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90