Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Türkiyə-Yunanıstan gərginliyi: Afina Ankaraya qarşı bu silahlarla gücləndirilir

image-hqdefault
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Türkiyə ilə Yunanıstan arasında gərginliyin davam etdiyi bir vaxtda Yunan mediası Afina administrasiyasının Türkiyə Silahlı Qüvvələrinə qarşı ala biləcəyi yeni döyüş gəmiləri, reaktiv təyyarələr və silahları sıralayıb.

Busaat.az xəbər verir ki, Yunanıstanın məşhur qəzetlərindən biri olan “Ta Nea” Afinanın ala biləcəyi döyüş təyyarələri, döyüş gəmiləri və digər müdafiə sənayesi maşınlarının siyahısını tərtib edib.

Xəbərlərdə iki ölkə arasındakı gərginliyin hər iki ölkədə gələn il keçirilməsi planlaşdırılan seçkilərə qədər davam edəcəyinin gözlənildiyi qeyd edilib. Bununla bərabər, Yunanıstanın 2021-ci ildə bir çox müdafiə sənayesi avadanlığı müqavilələri bağladığı və diplomatik addımlar atdığı əlavə olunub.

Yunanıstanın Baş naziri Kriakos Mitsotakis ilə Fransa prezidenti Emmanuel Makron arasında imzalanan razılaşma ilə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq və strateji tərəfdaşlığın inkişaf etdiyi və 3 ədəd Belharra freqatının alınmasının kritik əhəmiyyəti qeyd edilib.

Yunanıstanın Fransadan 24 ədəd “Rafale” döyüş təyyarəsi aldığı xatırladarılaraq, bu istiqamətdə yeni qırıcıların alınmasının davam etdirilməsinin gözlənildiyi bildirilib. Yunanıstan mətbuatına danışan hərbi mənbələr də Ankaranın bu vəziyyətdən narahat olduğunu və Parisin Yunanıstanı qabaqcıl texnologiya ilə təmin etməsindən narazı qaldığını irəli sürüb.

Xəbərdə Miçotakisin Avropa ölkələri ilə əməkdaşlıqda israrlı olduğu, Almaniya istehsalı olan MEKO tipli freqatların, zirehli Marder maşınlarının alınmasının da gündəmdə olduğu vurğulanıb. Yunanıstanın donanmaya böyük əhəmiyyət verdiyi, yeni korvet tipli döyüş gəmisinin alınmasının gündəmdə olduğu əlavə olunub. Yunanıstanın son vaxtlar İsraillə strateji tərəfdaşlığını artırdığı bildirilərkən, həmçinin “Soike NLOS” tank əleyhinə raket kompleksinin alınmasının təsdiqləndiyi və iki İsrail istehsalı olan “Heron” pilotsuz uçan aparatının alınması ilə bağlı razılaşmanın əldə edildiyi açıqlanıb. Afinanın İsraildən daha çox PUA və anti-SUV almaq üçün İsraillə əlaqə saxladığı da vurğulanıb.

“Afina silah üçün Avropaya üz tutsa da, Yunanıstan-ABŞ münasibətləri əvvəlkindən qat-qat güclüdür. Bunu hökumət rəsmiləri, Dövlət Departamentinin rəsmiləri və amerikalılar da səsləndiriblər. Afinanın ən populyar tələbi F-35 almaqdır. F-35-lərlə yanaşı, 83 F-16-nın da yenilənməsi gündəmdədir” –deyə, Ta Nea xəbərlərində bildirilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89881