Türkiyədə HDP əməkdaşını öldürən həbs edildi – Foto

image-hdpbackend

Ötən gün Xalqların Demokratik Partiyasının (HDP) İzmirdəki partiya binasına silahlı hücum edilib.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, günorta saatlarında həyata keçirilən hücum zamanı binada olan partiya işçisi Dəniz Poyraz güllə yarasından həyatını itirib.

Hadisəni törədən şəxsin keçmiş tibb işçisi Onur Gencer olduğu müəyyənləşdirilərək saxlanılıb.

Binanın olduğu əraziyə taksi ilə gələn Gencerin çantasında bıçaq və az miqdarda pul olduğu müəyyən edilib. Onun hücumu ABŞ istehsalı olan 9 mm-lik bir “Ruger” silahı ilə həyata keçirdiyi və daraqdakı 10 güllənin hamısını də istifadə etdiyi bildirilir.

“Kimsəni tanımıram. Heç kimlə əlaqə saxlamamışam. Terror təşkilatı PKK-ya nifrət etdiyim üçün belə bir şey etmək istədim. Binaya girdim və təsadüfi atəş etdim, sonra təslim oldum”,- deyə Gencer qeyd edib.

Terrorla Mübarizə Şöbə Müdirliyi əməkdaşları tərəfindən tutulan Onur Gencer barədə həbs qərarı verilib.

Hadisə Türkiyədə böyük rezonans doğurub, iqtidar və müxalifət daxil olmaqla bir çox siyasətçi və ictimai fiqur tərəfindən qınanılıb.

img class=”img-responsive” title=”” src=”https://qafqazinfo.az/uploads/1624014402/df.jpg” alt=”” />


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90