Türkiyədə iki hərbi bazaya dronla hücum

image-turkey-military-1backend

Türkiyənin Batman şəhərində iki hərbi obyektə dronla hücum olunub.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Pilotsuz təyyarələrin və Şırnakdakı 23-cü Piyada Diviziyasının komandanlığının yerləşdiyi Batmandakı bazamıza dron vasitəsilə hücum olunub”,- deyə Soylu qeyd edib.

Dronlar zərərsizləşdirilib, itkinin olmadığı bildirilir.

Bu, son üç gündə Türkiyənin hərbi obyektlərinə edilən ikinci belə hücumdur. Belə ki, mayın 19-u Türk Hava Qüvvələrinin Diyarbəkirdəki bazasına uzaqdan idarə olunan maket təyyarə vasitəsilə hücum cəhdi olmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90