
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 174 nəfər dünyasını dəyişib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 014 nəfərə çatıb.
Nazirin sözlərinə görə, ölkədə 6 876 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 474 606 nəfərə çatıb.























