
Türkiyədə meşə yanğını söndürülüb
Muğlanın Menteşe rayonunda gecə saatlarında çıxan yanğında 1 hektar meşə sahəsi zərər görüb.
Busaat.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Xəbərdarlıq üzərinə Muğla Meşə Regional Müdirliyinə aid su maşınları, meşə işçiləri və yanğınsöndürmə briqadaları bölgəyə sövq edilib.
Təxminən 1 hektar ərazi zərər görüb, yanğın qrupların müdaxiləsi ilə söndürülüb.
Bölgədə soyutma işləri davam edir.
Yanğının səbəbləri hələ ki, məlum deyil.























